İngiltərə imamları ekstremizmlə online mübarizə aparacaqlar

İnternet vasitəsi ilə ekstremizmlə mübarizə aparan İngiltərə imamları gənc müsəlmanların İŞİD terror qruplaşmasına qoşulmalarının qarşısını almaq üçün veb-sayt yaradıblar.
 
Maide.az xəbər verir ki, müsəlman gənclərin Yaxın Şərqə gedərək terror qruplaşmalarına qoşulmaları haqqında hesabat yayımlandıqdan sonra, "İmam online" kampaniyasını yaratmaq qərarı verilib.
 
İŞİD-lə mübarizə aparan internet proqramında London, Lester, Lids, Lankaşir, Uest-Midlends və Bukinqamşir şəhərlərindən 10 imam iştirak edir.
 
İnterneti ekstremizmi təbliğ etdiyinə görə günahlandırılan müsəlman din xadimləri bildiriblər ki, ekstremist yönümlü sosial şəbəkələr radikallığa qarşı olan mübarizəyə maneə törədirlər.  //

Google+ WhatsApp ok.ru