İngiltərənin demokratiya standartına sərt etiraz

Bəhreyn Parlamentinin keçmiş millət vəkili Cəlal Firuz, İngiltərənin Bəhreyn rejimini dəstəkləyən mövqeyini pisləyərək, "Bu gün Bəhreyndə baş verənlər Böyük Britaniyanın iddialarının tamamilə əksinədir. İngiltərə bir tərəfdən insan hüquqları və dünyada daha çox demokratiyadan bəhs edir, digər tərəfdən isə Bəhreyn xalqının demokratik tələblərini görməzliyə vuran Xəlifə rejiminə hər cür dəstək verir", - deyə bildirib.
 
Maide.az xəbər verir ki, Cəlal Firuz sözlərini belə davam etdirib: "İngiltərənin qəbuledilməz mövqeyini bütün dünya görür. Birləşmiş Millətlər (BMT) Bəhreyndə insan hüquqlarının pozulduğunu açıq şəkildə bildirdiyi vaxt İngiltərə parlamentində çıxış edən Xarici İşlər naziri Bəhreyndə insan haqları məsələsində böyük irəliləyişlərin olduğunu söyləyir.
İngiltərə parlamenti Bəhreyn məsələsində cəsarətli hərəkət etməkdə acizdir. Eyni şəkildə İngiltərə mətbuatı da Bəhreyndəki xalq üsyanları barədə də dünyaya tərəfli və qərəzli informasiyalar ötürür."

Google+ WhatsApp ok.ru