İngiltərə hökuməti İŞİD-ə qoşulmaq istəyən 3 qıza mane olmadı

İngiltərədə üç gənc qızın İŞİD terror təşkilatına qoşulmaq üçün Suriyaya getmələriylə İngilis hökuməti və sərhəd polisinin qızların Suriyaya gedişlərini qarşısını almamasının səbəbləri müzakirə edilir.
 
Maide.az xəbər verir ki, Böyük Britaniyada müsəlmanlara mənfi təsir edən terrorittihamları ilə bağlı işlər aparan CAGE adlı təşkilatın rəsmisi Amandla Tomas Conson açıqlamasında, "Qızları dayandırmaq İngilis hökumətinin məsuliyyətidir. Polis məsuliyyətsizlik edib və işini yaxşı aparmayıb", - deyib.
 
 Polisin qızların gedəcəyini əvvəlcədən bildiyini deyən Conson, "Qızların Türkiyəyə gedişindən 3 gün sonra - 20 fevral günü bu ictimaiyyətə açıqlanıb. Dolayısıyla, Türkiyə Britaniya hökumətinin yetərli tədbirlər görmədiyinə diqqət çəkməkdə haqlıdır" söyləyib.
 
 Conson, "Əgər İngilis hökuməti ölkədəki müsəlman cəmiyyətə terrorla mübarizə gözü ilə baxmağa davam edərsə, insanlar özünü boğulmuş hiss edəcək və ölkəni tərk etməyə davam edəcəklər", - deyə bildirib. 
 
 Britaniya Müsəlman Birliyinin sədri Ömər Əl-Hamdi də gənc qızların Suriyaya getmək məsuliyyətinin Britaniya hökumətində və sərhəd polisində olduğunu söyləyib.
 
 İngilis polisi və kəşfiyyatını yetərli tədbir görməməklə tənqid edənlər arasında İngiltərədən Suriyaya gedib və hələ də Suriyada olan şəxslərin ailələri də var.
 
Qeyd edək ki, Terrorla Mübarizə Polisi 20 fevral günü verdiyi açıqlamada 15 yaşlı Shamima Bekim, 15 yaşlı Amirə Abase və 16 yaşlı Kadiza Sultana adlı üç gənc qızın 17 fevral günü Londondakı Gatwick Hava Limanından Türk Hava Yollarının (THY) TK 1966 reysi ilə İstanbula yollandıqlarını qeyd etmişdi.
 
Polis, yaxın dost olan üç gənc qızın Suriyaya getmək və İŞİD terror təşkilatına qoşulmaq məqsədilə Türkiyəyə uçduqlarını bildirib.

Google+ WhatsApp ok.ru