İngiltərədə körpələrə ən çox qoyulan ad Məhəmməd adıdır

İngiltərinin paytaxtı Londonda 2014-cü ildə yeni doğulan uşaqlara ən çox Məhəmməd və Ameliya adları qoyulub.
 
Bu barədə məlumat Böyük Britaniya Milli Statistika Komitəsinin illik hesabatında yer alıb.
 
Statistikaya əsasən, ilk onluğa oğlan adları arasında Oliver, Aleksandr, Daniel, Coşua, Ceyms, Adam, Corc və Cek kimi adlar daxil olub. Qız adları arasında isə daha çox Oliviya, İzabella, Emili, Maya, Sofi, Xloya adlarına üstünlük verilir.
 
Milli Statistika Komitəsinin mətbuat katibi bildirib ki, Londonda uşaqlara daha çox məşhur filmlərin qəhrəmanlarının adları qoyulur, lakin dini, mədəni və etnik faktorlar burada daha böyük rol oynayır. 
 
Qeyd edək ki, 2014-cü ildə Azərbaycanda oğlan adları arasında ən çox populyarlıq qazanan ad Yusif adıdır.
 
Belə ki, ötən il ərzində doğulmuş oğlan uşaqlarından 3967 nəfərə Yusif adı verilib.
 
Daha çox qoyulan oğlan adları arasında Hüseyn (2610), Əli (2526), Murad (1717), Ömər (1611), Məhəmməd (1446), Ayxan (1078), Uğur (1021), İbrahim (987), Tunar (907), Kənan (890) da var.
 
Qız uşaqlarına verilən ən populyar ad isə Zəhra adıdır. Belə ki, 3608 uşağa Zəhra adı verilib. Populyarlıq qazanan digər qız adları isə Nuray (2538), Fatimə (2504), Aylin (1803), Ayan (1694), Zeynəb (1693), Xədicə (1244), Mədinə (1170), Mələk (1163), Məryəm (1162), Leyla (1112) adlarıdır.(oxu.az)

Google+ WhatsApp ok.ru