İngiltərənin baş naziri Kameron sionist rejimin baş nazirini qəbul edib

İngiltərənin paytaxtı Londonda rəsmi səfərdə olan İsrail rejiminin baş naziri Binyamin Netanyahu Kameronla görüşüb.
 
Maide.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, mətbuata görüntü verdikdən sonra görüş qapalı keçirilib.
 
Qeyd edək ki, sionist nazirin Britaniyaya səfəri, xüsusilə Fələstini dəstəkləyən və müharibə əleyhinə təşkilatların sərt reaksiyasına səbəb olub. Yüz mindən artıq insan Netanyahunun İngiltərədə həbs olunması üçün petisiya hazırlamışdılar. Amma buna baxmaya dövlət rəsmiləri İngiltərəyə gələn qonaqların toxunulmaz olduğunu bildiriblər.
 
Baş naziri Kameronun Netanyahu ilə görüşməsinə etiraz edən yüzlərlə adam, Baş Nazirlik binası qarşısına toplaşıb.

Google+ WhatsApp ok.ru