İngiltərə müsəlmanları seldən əziyyət çəkən insanlara yardım etdi - FOTO

İngiltərədə  bir qrup müsəlman könüllü gənc humanist addım ataraq Cumbria bölgəsində baş vermiş seldən əziyyət çəkənlərə yardım ediblər. 
Maide.az xəbər verir ki,  ölkənin müxtəlif bölgələrindən toplaşmış müsəlman gənclər seldən əziyyət çəkənlər arasında yemək, su paylayıblar. 
Həmin bölgədə yolları təmizləyiblər. İnsanlara əşyaları yerbəyer etməyə yardım ediblər. 
İngiltərə müsəlman gənclər ianələr toplayıb hadisədən ziyan görən şəxslərin ehtiyacları olan əşyaları alıb onlara veriblər.  
İndiyədək 60 könüllü bölgədə insanlara yardım göstərib. Onlar səhər gəlib insanlara yardım edir və axşamlar öz evlərinə qayıdırlar. 
Bir müddət öncə İngiltərənin şimal qərbində yerləşən Cumbria bölgəsində baş verən seldə  500 ev su altında qaldı və bölgəyə külli miqdarda ziyan dəydi. /
 
 
 
 
 

Google+ WhatsApp ok.ru