İngiltərədə ev sahibləri kirayənişinlərin vizasını yoxlayacaq

İngiltərədə 1 fevraldan etibarən tətbiq ediləcək sistemlə, ev sahiblərinin kirayənişinlərdən "ölkədə qalmalarına icazə verən lazımi sənədlərə" nəzarət etmələri məcburi hala gətirilib.
 
Maide.az xəbər verir ki, tənzimləmə çərçivəsində evini İngiltərədə qalmaq hüququna malik olmayan birinə icarəyə verərsə ev sahibi min funt-sterlinq ilə 3 min funt-sterlinq arasında cərimə olunacaq.
 
Mərkəzi Mançesterdə yerləşən "Ev Sahibləri Dərnəyi"nin (RLA) məsələyə dair açıqlamasında, "Bu tənzimləmə ev sahiblərini gələcəkdəki icarəçilərə dair çətin vəziyyətdə qoyur. Böyük Britaniyada yaşayan və pasportu olmayan 12 milyon Birləşmiş Krallıq vətəndaşı üçün də potensial problemlər yarada bilər" deyilib.
 
Açıqlamada ev sahiblərinin kirayənişinlərin pasport məlumatlarını yoxlamaq istəməsinin sonrakı dövrdə "irqçilik ittihamlarına" yol aça biləcəyi də vurğulanıb.

Google+ WhatsApp ok.ru