İngiltərədə Şeyx Zəkzakinin azadlıq tələbi ilə kompaniya

 
İngiltərədə  bir qrup insan haqları təşkilatları sosial şəbəkələrdə  Nigeriya İslami Hərakatının rəhbəri Şeyx İbrahim Zəkzakinin azadlığa buraxılması tələbi ilə kompaniya başladıb. 
 
Maide.az xəbər verir ki, İngiltərə insan haqları təkilatları Şeyx Zəkzakiyə  qarşı heç bir ittiham irəli sürülmədən həbsdə saxlanıdığını bildiriblər. 
 
Qeyd edək ki, dekabrın ortalarında Nigeriya ordusu Zarya şəhərində şiələrin toplaşdığı Bəqiyyətullah hüseyniyyəsi və Şeyx Zəkzakinin evinə hücum edib. İnsan haqları təşkilatları Nigeriya ordusunun Kaduna əyalətində Zarya şəhərinə hücum zamanı ən az 300 Əhli –Beyt (ə) tərəfdarının öldürüldüyünü elan ediblər. Bəzi məlumatlara görə, hücum zamanı 1000 –dək şiə qətliam olunub. 
 
Cari ilin  yanvar ayında Nigeriya İslami Hərakatının sözçüsü İbrahim Musa bəyanat yayaraq bildirib ki, bizdə olan siyahıya görə dekabrda baş verən o faciədən sonra 730 kişi və qadın itgin düşüb. “Bu şəxslər ya ordu qüvvələri tərəfindən öldürülüb, ya həbs olunublar. Lakin onların taleyi ilə bağlı heç bir məlumat yoxdur.”
 
İ.Musa deyib ki, Nigeriya İslami Hərakatına üzv olan 220 nəfər hazırda Kaduna həbsxanasında saxlanılır. 
 
Nigeriyanın müxtəlif şəhərlərində Əhli-Beyt (ə) tərəfdarları  dəfələrlə etiraz aksiyaları keçirərək Nigeriya İslami Hərakatının rəhbəri Şeyx Zəkzaki və digər məhbusların azadlığa buraxılmasını tələb ediblər. 
 
İngiltərə İnsan Haqları  fəalları ümid edir ki,  sosial şəbəkələrin yardımı ilə  ictimayi rəyi  Nigeriyada şiələrə qarşı  təzyiqlər və  zülmlərə qarşı yönəldə biləcəklər. 
 

 

Google+ WhatsApp ok.ru