İnhisara qalib gələ biləcəksinizmi?

İnhisara qalib gələ biləcəksinizmi?

"Novoye Vremya" qəzetində "İqtisadiyyat Nazirliyi həyəcan təbili çalır, bu, mövcud durumu dəyişə biləcəkmi?" sualı gündəmə daşınır.
 
Müəllif yazır ki, ölkədə qiymətlərin durmadan yüksəlməsini artıq deputatlar da etiraf edir. Amma hökumət susmaqda davam edir.
 
Yazıda İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Dövlət Xidmətinin qiymət bahalığı ilə bağlı aprelin 13-də bəyanat verməsi "aydın səmada ildırım çaxması" kimi dəyərləndirilir.
 
Yazı müəllifi xatırladır ki, nazirliyin bu bəyanatı dövlət başçısı İlham Əliyevin Nazirlər Kabinetinin bu günlərdəki iclasında qiymət bahalığı ilə bağlı açıqlamasından sonra səslənib: "Yəni, buna qədər Antiinhisar Xidməti qiymət özbaşınalığına adekvat reaksiya verə bilməzdi? Yəni, nazirik görmürmü ki, qiymət bahalığı çoxdan baş alıb gedir?".
 
Müəllif ehtimal edir ki, kimin nə deməsindən asılı olmayaraq, qiymət artımı bundan sonra da davam edəcək: "Nazirlər Kabineti inflyasiyanın qarşısını ala bilmir, buradan da qiymətlərin bahalaşması üçün əlverişli şərait yaranır. İstehlakçı hüquqları bundan sonra da inhisarçılar tərəfindən pozulacaq. Odur ki, ilk növbədə süni qiymət artımı ilə mübarizə getməlidir".
 
Müəllifə görə, ölkədə qiymətlərin bahalaşmasında inhisarçıların xüsusi payı var. Azərbaycanda inhisarın bazara diqtə etdiyini hamı bilir, ancaq ona qarşı yetərli mübarizə aparılmır. /

Google+ WhatsApp ok.ru