Niderlandda məscidi yandıran şəxsi həbs etdilər

Niderlandda məscidi yandıran şəxsi həbs etdilər

Hollandiyanın Leevarden şəhərində Mərakeşdən gələn immiqrantların ziyarət etdiyi məscidi yandıran şəxsə qarşı hökm çıxarılıb.
 
Maide.Az "islam.ru"a istinadla xəbər verir , həmin şəxs 3 il azadlıqdan məhrum edilib və 1300 avro cərimə olunub.
 
Şimali Hollandiya məhkəməsindən verilən açıqlamada, aprel ayında Leevardendə məscidin yandırıldığı bildirilib.
 
Təqsirləndirilən şəxs 36 ay həbs cəzasına və 1300 avro təzminat ödəməyə məhkum edilmişdir.
 
Açıqlamada, həmin şəxsin məscidin girişində zibil torbaları qoyaraq onları yandırdığı bildirilib. Yanğın o anda məsciddə olan imam və müsəlmanlar üçün təhlükə yaradıb.

Google+ WhatsApp ok.ru