Türkiyədə 4,1 bal gücündə zəlzələ baş verib.

Türkiyədə 4,1 bal gücündə zəlzələ baş verib.

Türkiyənin Muğla bölgəsində 4,1 bal gücündə zəlzələ olub.
 
Bu barədə yerli Seysmoloji Mərkəzin məlumatında bildirilib.
 
Qeyd edilib ki, təkanlar yerli vaxtla saat 23:20-də qeydə alınıb.
 
 
Zəlzələnin episentri bölgənin Datça rayonundan 66 kilometr məsafədə olub. Yeraltı təkanların episentri təxminən 12 kilometr dərinlikdə müəyyən edilib.
Dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib..APA
 

Google+ WhatsApp ok.ru