Nigeriyada silsilə partlayışlar nəticəsində 16 nəfər ölüb, 13 nəfər yaralanıb

Nigeriyada silsilə partlayışlar nəticəsində 16 nəfər ölüb, 13 nəfər yaralanıb

Nigeriyanın Borno ştatında törədilmiş silsilə partlayışlar nəticəsində 16  nəfər ölüb, 13 nəfər yaralanıb.
 
APA-nın “Sinxua” agentliyinə istinadən verdiyi xəbərə görə,  partlayışlar terrorçu-kamikadzelər tərəfindən törədilib.
 
Məlumata əsasən, hədəflər arasında Borno ştatının inzibati mərkəzi Mayduquri şəhərinin universiteti olub.  
 
Xəsarət alanlar xəstəxanalara yerləşdirilib. Partlayışların  “Boko Haram” terror qruplaşması tərəfindən hazırlandığı ehtimal edilir.
 

Google+ WhatsApp ok.ru