Nigeriyada əhli-beyt (ə) davamçılarının qətliamına etiraz - Britaniya, İndoneziya və İranda

Ötən gecə Londonda Nigeriya səfirliyi qarşısında Əhli-Beyt (ə) davamçılarının bu ölkənin silahlı qüvvələri tərəfindən qətliamına etiraz əlaməti olaraq aksiya keçirilib. 
Maide.az xəbər verir ki, aksiya iştirakçıları Nigeriya ordusunun vəhşiliyini pisləyiblər.  Aksiya iştirakçıları həmçinin Şeyx İbrahim Zəkzəkini dəstəklədiklərini elan ediblər. 
Oxşar etiraz aksiya ötən gün İndoneziyada Nigeriya səfirliyi qarşısında və İranın Məşhəd şəhərində baş tutub. 
Qeyd edək ki, Nigeriya şiələrinin lideri Ayətullah Şeyx İbrahim Zəkzəkinin qızı doktor Nəsibə İbrahim Zəkzəki deyib ki, məndə olan məlumata görə, 450 nəfərə  yaxın şəxs həlak olub. 300 cəsədi bu gün xəstəxanaya aparıblar. 
Onun sözlərinə görə, silahı qüvvələr bölgəni tam mühasirəyə alıb və kimsənin girib-çıxmasına icazə vermir. 
Ordunun vəhşicəsinə hücumu zamanı Şeyx İbrahim Zəkinin oğlu şəhid olub. Ötən il ordunun Qüds günü şiələrə hücumu zamanı da Şeyx Zəkzəkinin 3 oğlu şəhid edilmişdi. /
 
 
 
 
 

Google+ WhatsApp ok.ru