Nigeriyada Şeyx Zəkzakinin azadlığı tələbi ilə ölkə boyu mitinqlər davam edir

Ötən gün Nigeriyanın  bir çox şəhərlərində o cümlədən Zaria, Kano, Kaduna, Yola və digər bir neçə şəhərində  Nigeriya İslami Hərakatın rəhbəri Şeyx ibrahim Zəkzakinin azadlığı tələbi ile geniş miqyaslı mitinqlər keçirilib.
 
Maide.az xəbər verir ki, mitinq iştirakçıları  ordunun şiələri qətliam etməsini pisləyib və  Nigeriya İslami Hərakatın rəhbəri Şeyx Zəkzaki və onunla birgə həbs olunanların dərhal azadlığa buraxılmasını tələb ediblər. 
 
Etirazçılar Şeyx Zəkzaki və onunla birlikdə saxlanılan şəxslərin həbsdə saxlanılmasını  konistitusiyaya  zidd addım olduğunu bildiriblər.
 
Nigeriya İslami Hərakatının sözçüsü Əbdülhəmid Bello  deyib ki,  biz  öz istəklərimizi əldə edənədək dinc aksiyaları davam etdirəcəyik. /
 
 

Google+ WhatsApp ok.ru