Nigeriyada Şeyx Zəkzakinin azadlığı üçün növbəti aksiya keçirildi - Foto

Nigeriyada Şeyx Zəkzakinin azadlığı üçün növbəti aksiya keçirildi - Foto

Ötən gün COVİD-19 virusunun yayılmasına baxmayaraq Nigeriya müsəlmanları qanunsuz həbsdə olan Şeyx İbahim Zəkzakinin azad edilməsi tələbi ilə aksiya keçirib.

Məlumata əsasən, aksiya Nigeriyanın paytaxtı Abuja şəhərində keçirilib.

Etirazçılar yeni koronovirus pandemiyasının yayılmasının Şeyx İbrahim Zəkzaki və onun tərəfdarlarına zərər verə biləcəyini və onların dərhal azad edilməsini tələb ediblər. 

 Xatırladaq ki, Nigeriya şiə müsəlmanları lideri Şeyx İbrahim Zəkzaki bir neçə ildir ki, qanunsuz olaraq həbsdə saxlanılır. Onunla birlikdə həyat yoldaş da həbsxanadadır. /eastnews.org/

Google+ WhatsApp ok.ru