Nigeriyada hava hücumu: 36 ölü, 24 yaralı

Nigerin cənubundakı Abadam vilayətində təşkil olunan hava hücumunda 36 nəfərin öldüyü, 24 nəfərin yaralandığı bildirilib.
 
Maide.az xəbər verir ki, Nigeriyanın hökumət sözçüsü və Ədliyyə naziri Marou Amadou ölkənin milli televiziyasında yayımlanan açıqlamasında, bir cənazə mərasimi zamanı keçirilən hava hücumu nəticəsində 36 nəfərin öldüyünü, 24 nəfərin yaralandığını təsdiqləyib.
 
Amadou hücumun Boko Haram tərəfindən, yoxsa Niger və ya Nigeriyaya məxsus hava qüvvələrinin dəfn mərasiminin keçirildiyi yerin terrorçulara məxsus hərbi sahə hesab edilərək səhvən bombalamasının məlum olmadığını bildirib.
 
Hücumla bağlı istintaq başlanıldığını bildirən Amadou, ölkə daxilində bu gündən etibarən 3 gün yas elan edildiyini açıqlayıb.

Google+ WhatsApp ok.ru