Nigeriyada məsciddə terror törədildi

Nigeriyada məsciddə terror törədildi

Nigeriyanın Maiduquri ştatının Cidar Pulu bölgəsində aprelin 8-də bir məscidə qarşı edilən hücum nəticəsində, 2 müsəlman şəhid olub, 5 nəfər isə yaralanıb.
 
"Premiumtimesng" saytının xəbərinə əsasən, Maiduquri ştatının polis sözçüsü Viktor İzuku açıqlama verərək, bu hücumun sübh saat 05:00 radələrində namaz vaxtı törədildiyini bildirib. O, intihar hücumunun 10 və 13 yaşları olan iki kiçik qız uşağı tərəfindən həyata keçirildiyini bildirib. Bu iki uşaq Cudumuri kənd məscidinə daxil olduqda, namaza gələn iki nəfərin maneəsi ilə qarşılaşıb.
 
Uşaqlardan biri özünü partladaraq, digər intiharçı terrorçu namaz qılan iki nəfərin ölümünə və beş nəfərin də yaralanmasına səbəb olub.
 
Hücumun "Boko-Haram" terror qruplaşması tərəfindən törədildiyi bildirilir. (deyerler) /

Google+ WhatsApp ok.ru