Nigeriyada məscidə intiharçı hücum edib, 3 nəfər həyatını itirib

Nigeriyada məscidə intiharçı hücum edib, 3 nəfər həyatını itirib

Nigeriyanın  şimal-şərqində yerləşən Borno əyalətinin Gwoza şəhərində sübh namazı zamanı iki intiharçı məscidə hücum edib. 
 
Maide.Az  “KDRTV”-ə istinadla xəbər verir ki, hücum edən intiharçıların sayı iki nəfər olub.  
 
Nigeriya mətbuatı hücum zamanı 3 nəfərin həyatını itirdiniyini, və çox sayda insanın yaralandığını bildirib. 
 
Hələlik heç bir qruplaşma  hücumun məsuliyyətini üzərinə götürməyib.  
 
Bu bölgədə İŞİD və Boko Haram  terror qruplaşmaları fəaliyyət göstərir. 
 

Google+ WhatsApp ok.ru