Nigeriyada müsəlman namizəd Buxari seçkidə qalib gəlib

Nigeriyada müxalifətdəki İnnovativ Partiyanın (APC) namizədi Məhəmməd Buxarinin sözçüsü Garba Şehu verdiyi açıqlamada Buxarinin nigeriyalılara özünə verdiyi etimada görə təşəkkür etdiyini bildirib.
 
Maide.az xəbər verir ki, Buxarinin sözçüsü Garba Şehunun açıqlamasına görə, prezident Goodluck Conatan nəticələrin açıqlanmasından sonra Buxariyə zəng vuraraq, təbrik edib.
 
Nigeriya Milli Seçki Komissiyasının ölkədəki 39 əyalətin 38-i üçün açıqladığı rəsmi nəticələrə görə Məhəmməd Buxari seçkidə ən yaxın rəqibi və hakimiyyətdəki PDP namizədi Conatanı təxminən 3 milyon səs qabaqlayıb.

Google+ WhatsApp ok.ru