Nigeriyada Qəzza yürüşündə 33 şiə öldürüldü (Foto)

“Shafaqna” xəbər saytının məlumatına görə, “Beynəlxalq Qüds Günü” münasibətilə Nigeriyada Qəzzaya dəstək yürüşü keçirən şiələrə Nigeriya ordusu sərt müdaxilə edib.

Nigeriyanın Zarya şəhərində minlərlə etirazçının iştirak etdiyi yürüşə ordunun müdaxiləsi nəticəsində 33 nəfər ölüb. 
Qəzza yürüşündə iştirak edən Nigeriya şiələrinin lideri Şeyx İbrahim Zəkzəkinin 3 oğlu - Əhməd, Həmid və Mahmud Zəkzəkilər öldürülüb.
Onlardan biri yürüş zamanı, digər ikisi isə yürüşdə saxlanıldıqdan sonra işgəncə edilərək öldürülüb.  islamazeri /

Google+ WhatsApp ok.ru