Nigeriyada törədilmiş partlayış nəticəsində 5 nəfər ölüb, 15 nəfər xəsarət alıb

Nigeriyanın şimal-şərqində törədilmiş güclü partlayış nəticəsində azı 5 nəfər ölüb, 15 nəfər xəsarət alıb.
 
İnsident Qombe şəhərinin mərkəzi avtovağzalında baş verib.
 
Partlayışın qadın-kamikadze  tərəfindən törədildiyi bildirilir. Hələlik heç bir qruplaşma hadisəyə görə məsuliyyəti öz üzərinə götürməyib. Partlayışı “Boko Haram” terror təşkilatının üzvlərinin törətdiyi ehtimal olunur.  

Google+ WhatsApp ok.ru