Nigeriya Şeyx Zəkzəkinin azadlığı tələbi nümayişlər davam edir-VIDEO

Nigeriya Şeyx Zəkzəkinin azadlığı tələbi nümayişlər davam edir-VIDEO

Nigeriyada Əhli-Beyt (ə) ardıcıllarının rəhbəri şeyx İbrahim Yaqubi Zəkzəkinin dərhal qeyd-şərtsiz azadlığa buraxılması tələbilə Kano şəhərində yürüş keçirilib.
 
Deyerler.org İMN-ə istinadən xəbər verir ki, yürüş mitinqi Nigeriya İslam Hərəktının akademik forumunun üzvləri tərəfindən təşkil olunub.
Kano şəhərindəki yürüşə qatılan etirazçılar hökumətin şeyx Zəkzəkini hələ də qanunsuz olaraq həbsdə saxlamasını qınayıblar. nümayişçilər şeyx Zəkzəki və İslam hərəkatının üzvlərinin dərhal qeyd şərtsiz azadlığa buraxılmasını tələb ediblər.
Əllərində şeyx Zəkzəkinin şəkillərini daşıyan nümayişçilər ordunun Zariyada Əhli-Beyt (ə) ardıcıllarına qarşı törətdiyi qətliamın qarşısında beynəlxalq ictimaiyyətin hələ də sükut etdiyini bildirib. Nümayişçilər hökumətdən Zariya qətliamında əli olan cinayətkarların cəzalandırılmasını tələb ediblər.  

Google+ WhatsApp ok.ru