Nigeriyalı müsəlman xanımlar ölkədəki hicab qadağasına etiraz etdilər

Nigeriya müsəlmanları Təhsil Nazirliyi tərəfindən təhsil ocaqlarına (ibtidai, orta və ali məktəblərdə) hicabla gəlməyin qadağan edilməsinə qarşı çıxaraq kütləvi etiraz aksiyası keçirdiblər. 
 
Nigeriya Müsəlman Tələbələr Birliyi, Laqus əyalətinin xristian məhkəmə hakimi Qris Uniabunun çıxartdığı hökmə etiraz ediblər.

Qeyd edək ki, Məhkəmə hakimi Qris Uniabu 17 oktyabr, 2014 tarixdə Laqus əyalətinin təhsil ocaqlarında hicabla məktəbə gəlməyin qadağan olunması ilə bağlı hökm çıxarmışdı. Xristian əqidəli hakim qadağa ilə bağlı hicabın Laqus əyalətində sekularizimin mahiyyətinə xələl gətirdiyini bildirib.

Nigeriya Müsəlman Tələbələr İcması isə öz növbəsində hakimin çıxartdığı qanunun ölkə konstitusiyasına və habelə beynəlxalq qanunlara zid olduğunu bildirib.

NMTİ həmçinin Məhkəmə sistemindən Müsəlman xamımların hicab geyinməsinə görə ölkə səviyyəsində təhqir və təqib olunmalarına son qoyulmasını tələb ediblər.

Qeyd edək ki, təkcə Nigeriyanın Laqus əyalətində deyil ölkənin digər əyalətlərində də qeyri-qanuni şəkildə hicab qadağası mövcuddur. Belə ki, iki tibb bacısı hicab örtdükləri üçün işdən qovulublar. Onlar məhkəməyə şikayət etsələr də, bu günə kimi məhkəmə onların işi ilə maraqlanmayıb. islamazeri /

 
 

Google+ WhatsApp ok.ru