Nigeriyalı siyasi fəal: Şeyx Zəkzakinin  sağlamlığı bizim üçün qırmızı xətdir

Nigeriyalı siyasi fəal: Şeyx Zəkzakinin sağlamlığı bizim üçün qırmızı xətdir

-- Şeyx Zəkzaki iflic olub

Nigeriya İslami Hərəkatının  rəhbəri  Şeyx İbrahim Zəkzaki saxlanma şəraitinin pis olması və vaxtı-vaxtında tibbi xidmət ala bilməməsi səbəbindən iflic olub, gəzə bilmir. 
 
Maide.Az  “alkawthartv” saytına istinadən xəbər verir ki,  bunu Nigeriya siyasi fəallarından  Yusif Həmzə məlumat verib. 
 
O, Şeyx Zəkzakinin səhhətinin təhlükədə olduğunu vurğulayaraq qeyd edib ki, onun bədənin bir hissəsi işləmir və yalnız əsa ilə gəzir və rahat şəkildə danışa bilmir.  
 
Y.Həmzə Şeyx Zəkzakinin azadlığa buraxılması üçün çoxlu səylər göstərildiyini vurğulayıb: “Bir müddət öncə Abucada parlament nümayəndələri ilə  görüşüb bu məsələni müzakirə etmək istədik.  Nigeriya parlamentinin qarşısında 3 saat oturaq aksiya keçirdik. Parlament nümayəndələrinin bəziləri bizimlə söhbət etdi və söz verdilər ki, Şeyx Zəkzakinin azadlığı üçün çalışacaqlar, lakin hələ də xəbər yoxdur”. 
 
Y.Həmzə deyib ki, Şeyx Zəkzakinin  sağlamlığı bizim üçün qırmızı xətdir.  “Əgər onun başına bir iş gələrsə  etirazlar  dinc formatdan çıxa bilər. Abucada Zəkzakinin azadlığı üçün  müxtəlif mitinqlərin keçriilməsi davam etdiriləcək”.  
 

Google+ WhatsApp ok.ru