Nigeriya müsəlmanlarının Şeyx Zəkzakinin azadlığı tələbi ilə aksiyaları  davam edir

Nigeriya müsəlmanlarının Şeyx Zəkzakinin azadlığı tələbi ilə aksiyaları davam edir

Nigeriya müsəlmanları bu ölkənin islami hərəkatı rəhbəri Şeyx İbrahim Zəkzakinin  azad edilməsi tələbi ilə aksiya keçiriblər.
 
Maide.Az beynəlxalq KİV-lərə istinadən xəbər verir ki, Nigeriya müsəlmanları  aksiyada  bu ölkənin ordusu və təhlükəsizlik qüvvələrinin Əhli-Beyt (ə)  tərəfdarları xüsusi ilə Şeyx Zəkzakiyə qarşı törətdiyi əməllər pisləyiblər.  Şeyx Zəkzakinin vəziyyətinin ağırlaşdığını bildirərək  onun tez bir zamanda azadlığa buraxılmasını tələb ediblər.
 
Məlumata görə, Şeyx Zəkzakinin yaxınları və ailəsi onun halının pisləşməsi ilə bağlı çox narahat olduqlarını və aidiyyatı orqanların  bu məsələyə təcili  baxılmasını istəyiblər.
 
İnsan haqları orqanları dəfələrlə Nigeriyanın ordusu və təhlükəsizlik qüvvələrinin bu ölkənin müxtəlif məntəqələrində şiələrlə qeyri-insani rəftarı ilə bağlı etiraz  ediblər.
 
Nigeriya şəhəri polisi 2014-cü ildə, Ümumdünya Qüds günündə və 2015-ci ilin 12 dekabrında bu şəhər şiələrinə hücum etdi. Bu hücumda yüzlərlə nəfər, o cümlədən  Zəkzakinin dörd övladı öldürüldü, Bəqiətullah hüseyniyyəsi də dağıdıldı.
 

 

Google+ WhatsApp ok.ru