Nigeriya ordusunun şeyx Zəkzəkinin evində törətdiyi qətliamın yeni görüntüləri yayıldı-VİDEO

Nigeriya ordusunun keçən ilin dekabr ayının 13-də ölkənin Əhli-Beyt (ə) ardıcıllarının lideri şeyx İbrahim Yəqubi Zəkzəkinin evinə vəhşicəsinə təşkil etdiyi hücumla bağlı yeni kadrlar internetdə yerləşdirilib.
 
Maide.az xəbər verir ki, Deyerler.org-un məlumatına görə,  Nigeriya İslam Hərəkatının YouTube səhifəsində yerləşdirilən videoda Nigeriya ordusunun şeyx Zəkzəkinin evinə hücumundan sonra, şeyx Zəkzəkini müdafiə etməyə gələn müsəlmanların vəhşicəsinə qətlə yetirildiyi və yandırıldığı görünür.
 
Digər tərəfdən Nigeriya İslam Hərəkatı şeyx Zəkzəkinin qeyd-şərtsiz dərhal azadlığa buraxılması və Nigeriya şiələrinə qarşı qətliam törədən ordu məsullarının cəzalandırlması tələbilə növbəti yürüş mitinqini keçirib.
 
Qeyd edək ki, şeyx Zəkzəki Nigeriya ordusu tərəfindən dekabrın 13-də evinə təşkil olunan hücumdan etibarən həbsdədir. Şeyx Zəkzəki 6 və xanımı Zinət İbrahim isə 2 güllə yarası ilə həbs olunmuşdur. Nigeriya ordusunun təşkil etdiyi hücumlarda 1000-dən artıq insan şəhid olmuşdur. Ölkənin müxtəlif bölgələrində şeyx Zəkzəkinin azadlığa buraxılması tələbilə nümayişlər hələ də davam edir./
 

Google+ WhatsApp ok.ru