Nigeriya polisi Ərbəin yürüş iştirakçılarına hücum edib -FOTO

Nigeriya polisi Ərbəin yürüş iştirakçılarına hücum edib -FOTO

-- Polis yürüşü davam etdirən vətəndaşların üzərinə atəş açaraq 2 Əhli-beyt (ə) ardıcılını şəhid edib

Nigeriya polisi İmam Hüseynin (ə) şəhadətinin 40-cı gününün (Ərbəin) ildönümü münasibətiylə Nigeriya İslam Hərəkatının rəhbərliyi  və minlərlə Əhli-beyt (ə) aşiqinin iştirakı ilə təşkil edilən Ərbəin mərasiminə hücum edib. 
 
Maide.Az "rasthaber"-ə istinadən  xəbər verir ki, Nigeriyada şiələr hər il olduğu kimi bu ildə Kanu şəhərindən Zarya şəhərinə Ərbəin yürüşü keçirib. 
 
Nigeriya İslami Hərəkatı rəsmiləri, iki gün öncə hökumət səlahiyyətlilərinə Nigeriyalı şiə xalqın hər il olduğu kimi bu ildə Ərbəin yürüşünü təşkil edəcəklərini və lazımlı tədbirlərin alınmasının zəruriliyini bildiriblər. Bundan başqa  Nigeriya İslami Hərəkat üzvləri "Kono Press Center" də mətbuat konfransı təşkil edərək Ərbəin yürüşünün noyabr ayının 5-də başlayacağını ictimaiyyətə çatdırıblar. 
 
Hökumət səlahiyyətlilərinə lazımlı bildiriş edən Əhli-beyt (ə) ardıcılları ötən gün  Zarya şəhərinə qədər davam edəcək olan Ərbəin yürüşü Kanu şəhərindən başladıb. 
 
Nigeriya şiələrinin qanuni hüquqları olmasına və lazımlı icazələri almalarına baxmayaraq polis Ərbəin yürşündə iştirak edən vətəndaşların önünü kəsib və yürüşün təşkilə maneələr yaradıb. Polis yürüşü davam etdirən vətəndaşların üzərinə atəş açaraq 2 Əhli-beyt (ə) ardıcılını şəhid edib. 
 
Şəhid olanlardan biri mühəndis tələbə, Husayne Duda adlı bir xanımdır, digəri isə hələlik şəxsiyyəti müəyyənləşməyən bir kişidir. 
 
 
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru