Nigeriya polisi Imam Hüseyn (ə) əzadarlarına hücum edib

Nigeriya polisi Imam Hüseyn (ə) əzadarlarına hücum edib

Nigeriyanın Kaduna əyalətində İmam Hüseyn (ə) əzadarlarına polis hücum edib. 
 
Maide.Az “ABNA”-a istinadla xəbər verir ki,  hücum nəticəsində Əhli-beyt (ə) ardıcıllardan iki nəfər şəhid olub,  bir neçə nəfər yaralanıb.  
 
Nigeriya təhlükəsizlik qüvvələrinin son bir neçə ildə Əhli-beyt (ə) ardıcıllarının Məhərrəm ayında  keçiridyi əzadarlıq məclislərinə hücumları nəticəsində  yüzlərlə  insan şəhid olub.  Həmçinin son aylarda Nigeriya təhlükəsizlik qüvvələri  bu ökənin İslam Hərəkatının lideri  Şeyx İbrahim Zekzakinin həbsinə etiraz edən etirazçılara qarşı dəfələrlə güc tətbiq edib.  Bir neçə etirazçını şəhid edib və onlarla insanı yaralayıb.  
 
Xatırlaqdaq ki, Şeyx İbrahim Zəkzaki və onun həyat yoldaşı 2015-ci il dekabrın 13-də Nigeriya hərbçilərinin Zaria şəhərindəki hüseyniyyəyə basqını zamanı həbs olunublar.
 
17 iyun 2019-cu ildə aparılan müayinə zamanı Şeyx İbrahim Zəkzaki və onun həyat yoldaşının səhhətində ciddi problemlər aşkarlanaraq bu barədə Kaduna vilayəti ali məhkəməsinə ərizə göndərilib. 
 
Avqustun 5-də Nigeriya məhkəməsi ölkə şiələrinin rəhbəri Şeyx İbrahim Zəkzaki və onun həyat yoldaşının müalicə üçün Hindistana getməsi haqqında qərar çıxardıb.
 
Avqust ayında Nigeriya hökuməti Şeyx İbrahim Zəkzaki və həyat yoldaşını Hindistanda müaliciyə gönərib. Lakin daha sonra Şeyx İbrahim Zəkzakinin həyatına təhülkə olması etirazından sonra Nigeriya hökuməti Şeyxi Nigeriyaya geri qaytararaq naməluma şəraitdə saxlayırdı.
 
Nigeriyanın müxtəlif bölgələrində Şeyx Zəkzakinin azadlığı tələbilə etiraz aksiyaları davam etdirilir. İndiyədək onlarla Əhli-beyt (ə) ardıcılı bu aksiyalarda polis tərəfindən güllənərək şəhid edilib və çox sayda insan yaralanıb.
 
 
 

Google+ WhatsApp ok.ru