`Nobel` mükafatçısı Səudiyyəni  tənqid etdi

`Nobel` mükafatçısı Səudiyyəni tənqid etdi

-- O, bu tənqidinə görə sanksiya ilə üzləşib

Yəmənli "Nobel" mükafatçısı və jurnalist Təvəkkül Karman Səudiyyə Ərəbistanı rəhbərliyindəki koalisiya qüvvələrini sərt tənqid etdiyi üçün sanksiya ilə üzləşib.
 
Maide.Az "Mehr" agentliyinə istinadən xəbər verir ki, o, Səudiyyə Ərəbistanı və BƏƏ-ni işğalçı adlandırıb və Yəməndə zülmü davam etdirdiklərini bildirib.
 
Bu açıqlamasına görə, T.Karmanın "İslah" partiyasındakı üzvlüyü ləğv edilib.
 
Xatırladaq ki, Karman 2011-ci ildə Nobel Sülh Mükafatını qazanan 3 qadından biri olub.
 
Qeyd edək ki, 3 ildir Yəmənə edilən təcavüz nəticəsində 13 mindən çox insan ölüb, 20 mindən çox insan isə yaralanıb.

Google+ WhatsApp ok.ru