Nobel prospekti bağlanır

Bakının Nobel prospektində nəqliyyatın hərəkəti bir neçə saatlıq qismən məhdudlaşdırılır.

Bunu Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib.
 
P. Mürsəliyev bildirib ki, saat 11:30-dan etibarən yolun üfüqi nişanlanması işləri ilə əlaqədar olaraq adıçəkilən prospektin şəhərin mərkəzi istiqamətində (Bakı Ağ Şəhər layihəsinin qarşısında) 300 metrlik məsafə qismən bağlı olacaq.
 
İşlərin 2 saat ərzində yekunlaşdırılacağı nəzərdə tutulub.

Google+ WhatsApp ok.ru