Novruz şənliyində qadınlar xəsarət aldı 20 Mart 2016 02:00 Hadisə İmişli rayonunda keçirilən şənlikdə insident baş verib. Virtualaz.org xəbər verir ki, günün birinci yarısında rayonda keçirilən rəsmi Novruz şənliyi zamanı tədbirin senarisinə uyğun olaraq meydandakı tonqalın ətrafında dövrə vuran çaparlardan birinin atı qəfildən ürkərək tamaşaçı qadını təpiklə vurub. Aldığı xəsarətdən yerə yıxılan 58 yaşlı İmişli rayon sakini İsmayılova Xanımzər Şükür qızı təcili olaraq rayon mərkəzi xəstəxanasına çatdırılıb. İmişli Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, tibbi yardım göstərilmiş qadının vəziyyəti yaxşılaşdığından o, artıq evə buraxılıb. Digər hadisə isə günorta İmişli rayonunun Bərcəvan kəndində baş verib. 30 yaşlı kənd sakini Gülxanım Manafovaya da at xəsarət yetirib. İmişli rayon Mərkəzi Xəstəxanasından verilmiş məlumata görə, qadın kəllə-beyin travması və sol topuq oynağının əzilməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilib, hazırda müalicəsi davam etdirilir, vəziyyəti kafidir./ Teqlər : #Novruz şənliyində qadınlar xəsarət aldı, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Bakıda mikroavtobus yandı Bakı-Astara yolunda mikroavtobus yanıb - FOTO