İnsan bədənində yeni orqan kəşf edildi - FOTO 04 Yanvar 2017 02:00 Maraq dünyası İnsanın həzm sistemində gizlənmiş yeni bir orqan kəşf edilib. Verilən xəbər görə, "bağırsaq kəməri", ya da "mezenter" olaraq adlandırılan orqanın hələ funksiyası və quruluşuyla əlaqədar ətraflı məlumat əldə edilməyib. Yeni kəşf edilən orqanın əvvəllər insan bədənindəki parçalanmış hüceyrələrin bir yerə yığılması nəticəsində meydana gəldiyi düşünülürdü. Ancaq Lanset Qastroenterologiya və Hepatologiya jurnalında nəşr olunan məqalədə tədqiqatçılar mezenterin bir parçadan ibarət olan orqan olduğunu açıqlayıblar. Mezenter qarın pərdəsinin ikiyə qatlanmış, qarın boşluğunu örtən və hər şeyi bir arada saxlayan yeni bir orqan olaraq təyin olunur. Bu yeni orqanla insan orqanlarının ümumi sayı 79-a çatıb. (milli.az) / Teqlər : #İnsan bədənində yeni orqan kəşf edildi FOTO, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Ömrünün 68 ilini dünyanın 49 ölkəsindən rəngli karadaşlar topladı - FOTO Məscidsiz minarələr - VİDEO