İnsan Hüquqları Mərkəzi : Bəhreyn rejimi 48 nəfəri qanunsuz həbs edib

İnsan Hüquqları Mərkəzi : Bəhreyn rejimi 48 nəfəri qanunsuz həbs edib

Bəhreyn İnsan Hüquqları Mərkəzi hesabat yayaraq elan edib ki, ötən həftə Ali Xəlifə rejim qüvvələri 48 vətəndaşı qanunsuz  və özbaşına həbs edib ki, onlardan 5 nəfəri qadındır. 
 
Maide.Az xəbər verir ki, mərkəzin hesabatında bildirilib ki, ötən həftə Bəhreynin 49 bölgəsində 138 etiraz aksiyası qeydə alınıb. 
 
Ali Xəlifə rejim qüvvələri bu aksiyaların 32-nə hücumlar edib və etirazçılara qarşı gözyaşardıcı qaz, rezin və saçma (qırma) güllələrdən istifadə etməklə atəş açıb.  
 
Hesabatda deyilir ki, Bəhreyn məhkəməsi ötən həftə ərzində həbs olmuş inqilabçı şəxslər barədə qərar çıxarıb. Ümumilikdə 10 nəfər 52 il azadlıqdan məhrum edilib. 

Google+ WhatsApp ok.ru