İnstagram-dan çoxdan gözlənilən – YENİLİK

İnstagram-dan çoxdan gözlənilən – YENİLİK

Dünyanın ən böyük foto paylaşım şəbəkəsi olan “Instagram” istifadəçilərin çoxdan gözlədiyi yeniliyi istifadəyə verib.

Artıq istifadəçilər sosial şəbəkədə yerləşdirilən foto və videoları yaxınlaşdırma (zoom) funksiyasından istifadə edə biləcəklər.

“Instagram” bunu dünən axşam öz rəsmi “Twitter” hesabında elan edib.

Hələlik bu funksiya yalnız iOS platforması istifadəçiləri üçün aktivdir. Android istifadəçilərinin bu yenilikdən nə zaman istifadə edə biləcəklərinə dair hələlik məlumat verilmir. (fins.az) /

Google+ WhatsApp ok.ru