`İnstaqram`dan yenilik - Çox sevinəcəksiniz...

`İnstaqram`dan yenilik - Çox sevinəcəksiniz...

Dünyada ən çox istifadə edilən sosial şəbəkələrdən biri "İnstaqram" bu dəfə depressiyada olanlar üçün yeni xidmət yaradıb.
 
ATV.az-ın məlumatına görə, çətin dövrdən keçən və özünə zərər vermə ehtimalı olan istifadəçilər üçün yaradılan xidmət insanlara yardım etmək məqsədi daşıyır. Belə ki, bu xidmət sayəsində bir adamın depressiyada olduğunu və ya əhvalı pis olması səbəbindən özünə zərər verə biləcəyini düşünən istifadəçilər, adsız olaraq bu vəziyyəti "İnstaqram" qrupuna bildirə biləcək.
 
"İnstaqram"dakı qrup həmin bildirişi aldıqdan sonra istifadəçiyə belə bir mesaj göndərəcək: "Bəziləri sizin paylaşdıqlarınızı görüb və çətin zaman keçirdiyinizi düşünür. Əgər köməyə ehtiyacınız varsa, sizə kömək etmək istəyirik”.
 
Mesajdan əlavə həmin istifadəçiyə, bir tanışı ilə danışmaq, kömək xəttiylə ünsiyyətə keçmək və ya vəziyyətdən çıxmaq üçün müxtəlif ipuclarına çatmaq üçün variantlar təqdim ediləcək.
 

Google+ WhatsApp ok.ru