İntensiv yağışlar Lerikdə fəsadlar yaradıb

Son günlərdə rayona yağan intensiv yağışlar bu gün güclü leysana çevrilib.
 
Nəticədə Lirikdə kənd təsərrüfatına xeyli ziyan dəyib. Biçinə hazır otlaqlar və taxıl zəmiləri zay olub. Güclü leysan torpaq qatını yuduğundan tərəvəz şitillərinə və kartof sahələrinə də təsir edib.
 
Bir neçə saat ərzində rayona aylıq normadan iki dəfə artıq yağıntı düşüb. Güclü yağışla yanaşı, rayona dolu da düşüb.
 
Hidrometeoroloqlar yağıntıların bir neçə gün davam edəcəyi bildirilib.

Google+ WhatsApp ok.ru