İnterneti soyuducularla iflic ediblər

İnterneti soyuducularla iflic ediblər

Oktyabr ayının 21-də bütün dünyadakı internet xidmətlərinə təsir edən DDoS hücumlarında, təhlükəsizlik məsələsində zəif olan ağıllı ev cihazlarının silah olaraq istifadə edildiyi məlum olub.
 
Maide.Az xəbər verir ki, ötən cümə günü Tvitter, Spotifi və Reddit kimi nəhəng şəbəkələrə girişin məhdudlaşdırlmasına səbəb olan haker hücumlarında ağıllı ev cihazlarından istifadə olunub.
 
Hakerlər bütün dünyanın internet əlaqəsində problemlərin yaşanmasına səbəb olan hücumda silah kimi soyuducuları, qəhvə qızdırıcıları, paltaryuyan maşınları və kombilərdən istifadə ediblər.
 
Hakerlər DDoS hücumları üçün zombi PCLERE ehtiyac duyurlar, ancaq istifadəçilərin internet xətti və təhlükəsizlik əməliyyatlarının genişlənməsi sayəsində PC-ni zombiləşdirmək artıq əvvəlki kimi asan deyil.
 
Digər tərəfdən, sürətlə yayılan ağıllı ev cihazları internetə bağlı kiçik kompüterlər kimi çalışırlar və təhlükəsizlik məsələsində çox zəifdirlər.
 
Oktyabr ayının 21-də həyata keçirilən hücumda istifadə edilən zombi qurğuların böyük hissəsinin isə Çin istehsalı olduğu məlum olub. Çinli istehsalçıların istifadə etdikləri aşağı təhlükəsiz təchizat və proqramlara görə hakerlərin işi çox asan olub.
 
Ağıllı soyuducuları, ağıllı paltaryuyan maşınları, ağıllı saatlar, ağıllı eynəklər, ağıllı avtomobillər kifayət qədər etibarlı olmayanda, bütün dünyanı iflic edə biləcək silahlara çevriləcəkləri  artıq heç kimə sirr deyil.
 

Google+ WhatsApp ok.ru