`İnterpol` iraqlı sabiq naziri təhvil verdi

`İnterpol` iraqlı sabiq naziri təhvil verdi

-- 2012-ci ildə sabiq nazir haqqında 7 il qiyabi həbs qərarı çıxarılmışdı

Korrupsiyada ittiham edilən və "İnterpol" tərəfindən axtarışda olan İraqın sabiq Ticarət naziri Əbdülfəttah əs-Sudani ötən ay Livanın Beyrut hava limanında yaxalanmışdı.
 
Maide.Az xarici KİV-ə istinadən xəbər verir ki, "İnterpol" İraq hökumətinin rəsmi müraciətini müsbət cavablandırıb və dünən onu təhvil verib.
 
Əs-Sudani ölkədən qaçan və tutularaq ekstradisiya edilən ən yüksək vəzifəli şəxs kimi də İraq tarixinə düşüb.
 
Qeyd edək ki, 2012-ci ildə sabiq nazir haqqında 7 il qiyabi həbs qərarı çıxarılmışdı.

Google+ WhatsApp ok.ru