İntiqam Əliyev üçün prezidentə müraciət edildi

«Biz, aşağıda imza atan jurnalistlər, vəkillər, ziyalılar və ictimai xadimlər sizə hal-hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Hüquq Maarifçiliyi Cəmiyyətinin sədri İntiqam Əliyevlə bağlı müraciət edirik».
 
Hazırda həbsdə olan İntiqam Əliyevlə bağlı prezidentə müraciət belə başlayır. 70 nəfərin imzaladığı müraciətdə daha sonra deyilir:
 
«İntiqam Əliyev Azərbaycanda azsaylı şəxsiyyətlərdəndir ki, hansı düşüncənin, hansı mövqeyin sahibi olmasından asılı olmayaraq, fərqli təbəqələrdən olan ən müxtəlif siyasi baxışlı şəxslər üçün ədalət prinsiplərinin, müəllimliyin, təmizliyin simvoluna çevrilməyi bacarıb. İntiqam Əliyev onlarla vəkilin müəllimdir. O, ölkəmizin işıqlı gələcəyi, gənclərin maariflənməsi üçün daim təmənnasız xidmət göstərib».
 
Müraciətdə İntiqam Əliyevin səhhətində yaranan problemlərin, vəziyyətinin pis olması nəzərə alınaraq prezidentdən onun azadlığa buraxılması istənilir:   «Biz, aşağıda imza atan şəxslər, zərurət yaranarsa, İntiqam Əliyevə zamin durmağa hazırıq. Ümid edirik ki, siz humanizm prinsiplərini əsas götürərək İntiqam Əliyevin hazırkı sağlıq durumunu nəzərə alacaq, onun haqqında çıxarılmış həbs-qətimkan tədbirinin qanunda nəzərdə tutulmuş digər tədbirlərlə əvəz edilməsi üçün müvafiq göstəriş verəcəksiniz».
 
İntiqam Əliyev Bakı İstintaq Təcridxanasında saxlanılır. Onun səhhəti oktyabrın 24-də keçirilən məhkəmə prosesində pisləşmişdi. İstintaq orqanı onu müayinə üçün Onkoloji Mərkəzə aparmışdı. İ.Əliyev əsəb və yuxusuzluqdan əziyyət çəkir. Övladları ilə görüşündə sona qədər iştirak edə bilməyib. 15 gündür yuxusuz olduğu, ayaqlarında qıcolmanın, tutulmaların baş verdiyi, dərmanların lazımi effekt vermədiyi bildirilir. Müraciətdə onun tez bir zamanda normal şəraitdə müalicəsinin davam etdirilməsi vacibliyi vurğulanır.
 
İntiqam Əliyev avqustun 8-də qanunsuz sahibkarlıq, vergidən yayınma, vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunaraq həbs edilib. azadliq  /
 
İmza edənlərin siyahısı:
 

1. Cavad Cavadov - vəkil

2. Samirə Ağayeva - vəkil

3. Aynur İmranova - jurnalist

4. Əlayif Həsənov - vəkil

5. Natiq Cavadlı - jurnalist

6. Xalid Kazımov - jurnalist

7. İlhamiyyə Rzayeva - jurnalist

8. Bəxtiyar Hacıyev - ictimai fəal

9. Rasim Əliyev - jurnalist

10. Əlövsət Əliyev - hüquqşünas

11. Sevinc Süleymanlı - ictimai fəal

12. Fariz Namazlı - vəkil

13. Mirzə Sakit -şair

14. Feyruz Şivəxanov

15. Gunay İsmayılova - hüqüqşünas

16. Azər Mehdiyev - iqtisadçı

17. Aida Eyvazova - jurnalist

18. Ruslan Mustafazadə - hüquqşünas

19. İsmayıl Rəsulov - ehtiyatda olan zabit

20. Daşqın Qaraşlı - ictimai fəal

21. Humayat Rizvanqızı

22. Elçin Həsənov - hüquq müdafiəçisi

23. Mirvari Qəhrəmanlı - hüquq müdafiəçisi

24. Ellada Məmmədli - ictimai fəal

25. Rövşanə Rəhimli - hüquqşünas

26. Vüsalə Əhmədli - jurnalist

27. Tural Musayev hüquqşünas

28. Vüsalə Əhmədli - jurnalist

29. Ruslan Vəliyev - vəkil

30. İlqar Vəliyev - jurnalist

31. Elnarə Kərimova- jurnalist

32. Ələsgər Məmmədli - hüquqşünas

33. Mübariz Qarayev - vəkil

34. Samir Əliyev - iqtisadçı

35. Turan Bahadırbəyli - hüquqşünas

36. Gülnarə Rüstəmli - hüquqşünas

37. Ruslan Mustafazadə - hüquqşünas

38. Yeganə Vəliyeva - hüquqşünas

39. Gunay Musayeva - jurnalist

40. Sevil Nuriyeva - jurnalist

41. Nəcibə Rəfizadə - hüquqşünas

42. Elçin Həsənov -jurnalist

43. Sevinc Əliyeva -vəkil

44. Simnarə Mirzəyeva - hüquqşünas

45. Gülmayə Quliyeva - vəkil

46. Elnur Əliyev - hüquqşünas

47. Ramil Qurbanov - hüquqşünas

48. Elçin Abdullayev hüquq müdafiəçisi

49. Lətafət Məlikova - hüquq müdafiəçisi

50. Yaşar Ağazadə -hüquqşünas

51. Vəfa Rüstəm - Hüquqşünas

52. Zöhrab İsmayıl -iqtisadçı

53. Rahim Rəhimov - hüquqşünas

54. Əliəsgər Axundov - hüquqşünas

55. Abuzar Mütəllimov - vəkil

56. Azər Cəfərli - hüquqşünas

57. Camal Əhmədov - hüquqşünas

58. Faiq Nağıyev - vəkil

59. Əsabəli Mustafayev - vəkil

60. Şükür İzzətoğlu - hüquq müdafiəçisi

61. Azər Cəfərli - hüquqşünas

62. Məlahət Qisuri Zeynallı - jurnalist

63. Fuad Qəşəmov - vəkil

64. Arzu Abdullayeva - hüquq müdafiəçisi

65. Sevinc İsgəndərova - hüquq müadfiəçisi

66. Elşən Nağıyev - hüquq müdafiəçisi

67. Şəmşad Ağayev - jurnalist

68. Pərviz Əzimov - jurnalist

69. Bəkir Nərimanoğlu - jurnalist

70. Ruslan Əsəd - ictimai fəal"/
   
 

Google+ WhatsApp ok.ru