Növbəti iqtidar-müxalifət görüşü olacaq

Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənovla siyasi partiyaların 13 dekabrda keçirilən görüşünün davamının yaxın vaxtlarda yenidən olacağı gözlənilir. Bu barədə “Yeni Müsavat”a daxil olan məlumatda deyilir ki, hakimiyyət siyasi partiyalarla daha bir görüşü planlaşdırır. Böyük ehtimalla görüş yanvarın sonlarında baş tuta bilər. 
Qeyd edək ki, 13 dekabrda keçirilən görüşdə 17 siyasi partiya iştirak etmişdi. Görüş təşəbbüsü ilə 11 partiyanın iştirak etdiyi Siyasi Partiyaların Demokratiya və İnsan Haqları Mərkəzindəki  4 partiya çıxış etmişdi. Əli Həsənova müraciət göndərilmişdi. Hakimiyyət müraciəti müsbət dəyərləndirsə də görüş reallaşan günü bəlli oldu ki, Əli Həsənovla müzakirələrə dövlət qeydiyyatından keçmiş bütün partiyalar dəvət olunub. Bu səbəbdən görüşdə 17 partiyanın rəhbəri iştirak edirdi. Siyasi Partiyaların Demokratiya və İnsan Haqları Mərkəzindəki partiyalardan Müsavat və Azərbaycan Xalq Partiyası formatı, müzakirəyə çıxarılacaq mövzuların əvvəlcədən bəli olmadığını əsas göstərərək görüşə qatılmamışdı.  
 
Əli Həsənovla növbəti görüşdə iştirak üçün bu partiyalara da dəvət göndəriləcəyi bildirilir. Bəs onlar bu dəfə necə, görüşə qatılacaqlarmı? Qatılmaları üçün şərtləri varmı?
Müsavat Partiyasının başqanı Arif Hacılı bildirdi ki, Müsavat ümummilli məsələlərlə bağlı bütün siyasi qüvvələrlə, həmçinin Azərbaycan hakimiyyəti ilə müzakirələrə hazırdır: “Lakin biz bu məsələlərlə bağlı aydın mövqeyimizi ortalığa qoymuşuq. Gündəliyi və formatı əvvəlcədən məlum olmayan hər hansı bir tədbirdə Müsavat Partiyası iştirak etməyəcək”.
 
Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn isə bildirdi ki, hələ ona nə rəsmi, nə də qeyri-rəsmi müraciət olmayıb. Əgər görüş üçün müraciət olacaqsa, bundan sonra iştirak edib-etməmək barədə dəqiq fikir bildirmək olar: “Müraciət olarsa münasibət bildirərik” musavat /

Google+ WhatsApp ok.ru