Nyu-Dehlidə müsəlman tələbələrin aksiyasında  50-dən artıq insan xəsarət aldı

Nyu-Dehlidə müsəlman tələbələrin aksiyasında 50-dən artıq insan xəsarət aldı

Hindistanın Camiyə Milliyə İslamiyə Universitetinin tələbələri  müsəlmanların əleyhinə olan mübahisəli vətəndaşlıq haqqında yeni qanuna qarşı etiraz aksiyası keçirib. 
 
Maide.Az  xarici KİV-ə istinadla xəbər verir ki, Hindistanın Nyu-Dehli şəhərində keçirilən etiraz aksiyasına polislər müdaxilə edib. 
 
Belə ki,  təhlükəsizlik qüvvələri eitrazçılara qarşı gözyaşardıcı qazdan istifadə edib. 
 
Polis və  etirazçı müsəlman tələbələr arasında toqquşmalar baş verib.
 
Toqquşmalar nəticəsində 50-dən artıq insan xəsarət alıb.
 
Etirazçılar 10 avtomobil və bir çox motosikleti və avtobusu  yandırıb.
 
Tələbə kampusunda 100-ə yaxın tələbə saxlanılıb, amma onların əksəriyyəti bir müddət sonra sərbəst buraxılıb.  
 
Qeyd edək ki, Hindistanda  qəbul edilən yeni vətəndaşlıq qanunu qonşu ölkələrdən gələn 6 fərqli dini qrupa vətəndaşlıq üçün yol açdığı halda, eyni mövqedə olan müsəlman mühacirlərini vətəndaşlıqdan məhrum edir.
 
Hindistan müsəlmanları qanun layihəsini dünyanın ən böyük müsəlman əhalisi olan Hindistanı, 200 milyon müsəlmanı ikinci dərəcəli vətəndaş etmək və əksəriyyətini vətəndaşlığı olmayan bir adam etmək üçün atdığı addım olaraq görürlər.
 
Bir neçə gündür ki, Hindistanın müxtəlif bölgələrində bu qanunun əleyhinə  etiraz aksiyaları keçirilir.  Polis etirazçılara qarşı  güc tətbiq edir, odlu silah və gözyaşardıcı qazdan istifadə edir.  Etirazçılarla toqquşmalar nəticəsində Assam əyalətində indiyədək 6 müsəlman öldürülüb,  onlarla müsəlman  yaralanıb və saxlanılıb.  
 

 

Google+ WhatsApp ok.ru