Nyu-Yorkdakı insidentdə 1 nəfər ölüb, 20-dən çox yaralı var

Nyu-Yorkdakı insidentdə 1 nəfər ölüb, 20-dən çox yaralı var

Nyu-Yorkun «Times» meydanında sürətlə gedən maşın kütlənin üzərinə sürülüb, 18 yaşlı qadın həlak olub, 23 nəfər yaralanıb.
 
Mayın 18-də baş vermiş insidentə görə 26 yaşlı ABŞ donanma veteranı olan Richard Rojas-a qətl, adam öldürməyə cəhd və ölümcül yol qəzası törətmək ittihamları verilib.
 
Şübhəli bundan öncə də sərxoş vəziyyətdə maşın idarə etmək, kimisə bıçaqla hədələməyə görə həbs olunub. Hüquq-mühafizə orqanlarının məlumatına görə, polisə «səslər eşitdiyini» söyləyib.
 
Rojan nizam-intizam məsələsinə görə 2014-cü ildə donanmadan çıxarılıb.
 
O, mayın 19-da məhkəmə qarşısına çıxarılacaq.(azadliq.org)

Google+ WhatsApp ok.ru