Obama BƏƏ əmirinin vəliəhdi ilə görüşüb

ABŞ prezidenti Barak Obama Birləşmiş Ərəb Əmirliklərinin vəliəhdi Məhəmməd Bin Zaid Ali-Nəhyanla görüşdə Ərəbistanın Yəməndə Ənsarullah Hərəkatına qarşı hava hücumlarında BƏƏ-nin iştirakı barədə danışıqlar aparıb.
 
Maide.az-ın İRNA-ya istinadla verdiyi məlumata görə, Ağ Evdən bildirilib ki, bu görüşdə həmçinin Yəmən, Liviya, İraq, Suriya məsələləri, eləcə də BƏƏ-nin İraq və Suriyada İŞİD əleyhinə hava hücumlarına qoşulması barədə danışıqlar aparılıb. 
 
Məlumata görə, İran və 5+1 Qrupu arasındakı müzakirələr də Obama və Ali-Nəhyan arasında diqqət mərkəzində saxlanılıb. 
 
Obama Bəhreyn, Küveyt, Oman, Qətər, Ərəbistan və BƏƏ başçıları ilə 13 mayda Ağ Evdə, 14 mayda isə Meriland ştatında Kamp David dağlıq iqamətgahında görüşəcək. 
 
Obama Yaxın Şərqdə de-stabilliyin azalması üçün İranla nüvə anlaşmasını zəruri adlandırıb.

Google+ WhatsApp ok.ru