Obama Konqresi nüvə razılığının qəbuluna çağırır

ABŞ prezidenti Barak Obama Konqres üzvlərini İranla nüvə razılığını dəstəkləməyə çağırmaqda davam edir. 

“İran nüvə silahına doğru getsə, Birləşmiş Ştatlarının hərbi müdaxilə daxil olmaqla, bir neçə variantı olacaq,” deyə Obama Nümayəndələr Palatasının üzvü, nyu-yorklu demokrat Cerrold Nadelrə yazdığı məktubda bildirib.
 
Məktubda həmçinin İran və "altılıq" arasında razılığın əleyhinə çıxış edən İsrail rejiminə ABŞ-ın ayrıdığı vəsaitlərin artırılacağı bildirilib.
 
Obamanın məktubu tanınımış demokrat senator Robert Menendezin Konqresdə keçiriləcək səsvermə zamanı İranla nüvə razılığının əleyhinə səs verəcəyəni açıqladığı həftə göndərilib. 
 
“Əgər İran nüvə bombası hazırlayırsa, mən bunun altına imza atmayacam,” deyə Menendez bildirib. “Mən razılığın əleyhinə və hətta lazım olsa prezident vetosunun ləğv olunmasına da səs verəcəm,” deyə o əlavə edib.
 
Menendez Obama administrasiyasını razılığın əsas elementlərini müzakirə etmək üçün yenidən danışıqların başlamasına çağırıb. Lakin Obama adminstrasiyası bunun qeyri-mümkün olduğunu bildirib.
 
Nümayəndələr Palatası və Senat nüvə razılığının əleyhinə səs verdiyi təqdirdə Obama veto qoyacağını vəd edib. Konqresin birlikdə vetonu aradan qaldırmaq üçün tələb olunan səslərə sahib olub-olmadığı isə məlum deyil.
 
İran və "altılıq" ölkələri – Britaniya, Çin, Fransa, Almaniya və Rusiya arasında əldə olunan razılığa əsasən İran bomba düzəldə bilməmək məqsədilə uranın zənginləşdirliməsi prossesini azaltmalıdır və hərbi bazalarınının qapılarını beynəlxalq müfəttişlərə açmalıdır ki, onlar İranın şərtlərə əməl etdiyindən əmin olsunlar. Müqabilində isə İrana qarşı tətbil olunan sanskiyalar yüngülləşdiriləcək.

 

Google+ WhatsApp ok.ru