Obamanın hakimiyyətə gəlişi ABŞ-da irqçiliyə son qoya bilmədi

Amerikalı analitik Kevin Bert bildirib ki, israil ordusunun əsgərləri və amerika polisləri fələstinli uşaq və silahsız afroamerikanlıları əyləncə üçün öldürürlər.
6 ay əvvəl Missuri ştatındaki Ferguson şəhərinin mövcudluğundan çoxları xəbərsiz idi. Lakin qaradərili yeniyetmənin agdərili polis əməkdaşı tərəfindən öldürülməsi, bu şəhərdə çoxluq təşkil edən qaradərililərin geniş miqyaslı etirazına səbəb oldu. İndi isə Ferguson şəhəri KİV-lərin diqqət mərkəzindədir.

Bertin fikrinə görə, ABŞ-da irqçilik problemi dərin köklərə əsaslanır, qaradərili prezidentin hakimiyyətə gəlişi belə vəziyyəti dəyişə bilməyib.
Onun fikrinə görə, " ABŞ-ın "parçala və hökm sür" prinsipi ilə qərar qəbul edən müəyyən fiqurlar, cəmiyyətdə parçalanma yaratmaq istəyirlər. Belə əməllər müxtəlid irq nümayəndələrinin təhqir olunmasına, əzab-əziyyətinə səbəb olur, bütün bunların sonu isə qaradərililərin ölümü ilə nəticələnir"

Amerikalı publisist və analitik hesab edir ki, Missuri ştatındaki qətl qanunsuz olmasına baxmayaraq, polis əməkdaşı hər zamanki kimi cəzadan yayına biləcək.
Ötən həftə də Missuri ştatında daha bir qaradərili yeniyetmə Vendrik Mayers ağdərili polis tərəfindən qətlə yetirilib.
Bu son iki ay ərzində irqçilik səbəbindən baş verən ikinci ölüm halıdır. Birinci öldürülən yeniyətmə Mayk Braun idi. Onun ölümü çox saylı küçə nümayişlərinə səbəb olmuşdur.
Amerikada ağdərili polislərin cinyətlərini sionist rejimin Qəzza zolağında törətdiyi  cinayətlər ilə müqayisə edərkən, Dr.Bert bunları bildirib:"Biz israil ordusunun cinayətlərinə şahid olmuşuq. İsrail hərbçiləri tərəfindən günahsız fələstinli uşaqların ölümü ilə ABŞ-da polislərin əyləncə xətrinə silahsız afoamerikanların ölümü arasında bənzərlik hər kəsə bəllidir."//

 

Google+ WhatsApp ok.ru