Obama Səud kralına söz verdi: KÖMƏK EDƏCƏYİK

Bir neçə gündür Səud rejimi başda olmaqla 9 ərəb ölkəsinin Yəmənə qarşı başlatdığı təcavüz siyasətinə Amerika Birləşmiş Ştatları prezidenti də rəsmi mövqeyini açıqlayıb. Maide.az-ın məlumatına görə, ABŞ prezidenti Barak Obama ilə Səud kralı Salman bin Abduləziz əl-Suud arasında baş tutan telefon danışığında Yəməndəki vəziyyət müzakirə edilib.
 
Ağ Evin mətbuat xidmətinin açıqlamasında bildirilir ki, danışıqda hər iki ölkə arasında güclü dostluq, tərəfdaşlıq əlaqələrinin olduğu vurğulanıb. Yəmənin qaçmış prezidenti Abdurrabbu Mənsur Hadinin tələbi ilə Səudiyyə Ərəbistanı Körfəz Əməkdaşlıq Şurası ölkələri və digərlərinin keçirdiyi əməliyyatı dəstəklədiyini bildirən Obama, həmçinin rəsmi Vaşinqtonun Səudiyyə Ərəbistanına təhlükəsizlik məslələrində kömək edəcəyini də bəyan edib. 
 
Qeyd edək ki, Səudiyyə Ərəbistanı kralı Salman bin Abduləziz əl-Suudun bu gün və sabah keçirilməsi nəzərdə tutulan Ərəb Dövlətləri Liqası sammitində də Yəməndəki vəziyyəti müzakirə edəcəyi gözlənilir.

Google+ WhatsApp ok.ru