Obama Trumpın prezident seçilməsini istəmir

Maide.az CNN-ə istinadən xəbər verir ki, ABŞ Prezidenti Barak Obama Donal Trumpın prezident seçilməsini istəmədiyini dilə gətirib. O, Kaliforniyada keçirilən mətbuat konfransında bildirib ki, milyarder Donald Trampın ölkənin növbəti prezidenti postuna seçilməyəcəyini ümid edir: “Mən hələ də inanıram ki, cənab Tramp prezident olmayacaq. Çünki Amerika xalqının seçiminə inanıram. Hesab edirəm ki, Tramp bir gün prezident olmağın nə qədər ciddi iş olduğunu anlayacaq. Prezident işi nə tok-şou, nə realiti-şou, nə reklam, nə də marketinqdir, bu, çox ağır bir işdir. Prezident dünyanın bütün ictimai-siyasi liderləri ilə elə işləməlidir ki, onun gördüyü iş birbaşa administrasiyasının işi, əhəmiyyətli olması kimi qiymətləndirilsin”. 

Google+ WhatsApp ok.ru