Olimpiya Oyunları “konvert”ləri dondurdu

Bəzi büdcə təşkilatlarında işçilərə verilən qeyri-rəsmi əmək haqlarının (“konvert”lərin) məsələsinə aydınlıq gəlib. 
 
Hökumət mənbələrindən sızan məlumatlara görə, artıq Fövqəladə Hallar Nazirliyi, Vergilər Nazirliyi, Gömrük Komitəsi və başqa bu kimi təşkilatlarda “konvert”lərin verilməsi müvəqqəti olaraq dayandırılıb. Həmin əmək haqlarının Bakıda keçiriləcək I Avropa Olimpiya Oyunlarının başa çatmasından sonra bərpa ediləcəyi gözlənilir. 
 
“Konvert”lərin dondurulması həmin vəsaitlərin Olimpiya Oyunları ilə bağlı xərclərə yönəldilməsi ilə əlaqədardır. Neft böhranı səbəbindən maliyyə itkisilə üzləşən hakimiyyət Olimpiya Oyunları xərclərinin sözügedən təşkilatların qeyri-rəsmi gəlirləri hesabına kompensasiya edilməsinə qərar verib. 
 
Göründüyü kimi, öncə təşəxxüslə “heç bir böhran bizə təsir edə bilməz” deyən hakimiyyət, indi büdcə təşkilatlarında çalışanların qeyri-rəsmi əmək haqlarına da göz dikməli olub.(Azadlıq) 

Google+ WhatsApp ok.ru