“Bakı Metropoliteni”ndə nasazlıq

Bu gün səhər saatlarında metroda nasazlıq yaranıb.
 
“Bakı Metropoliteni” QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirib ki, hadisə 08:14-də metronun “Dərnəgül”-“Həzi Aslanov” xətti ilə hərəkət edən 25 saylı marşrutun qapılarında nasazlıq yaranıb.
 
Sərnişinlər “Azadlıq prospekti” stansiyasında düşürdülüb qatar depoya göndərilib.
 
“Gənclik” stansiyasında təlimatçı nasazlığı aradan qaldırıb və qatar normal hərəkətini bərpa edib.
 
Qrafikdə gecikmə olmayıb.

Google+ WhatsApp ok.ru