Çomskidən Türkiyə prezidenti Ərdoğana cavab

Türkiyə prezident Rəcəb Tayyib Ərdoğanın hədəf aldığı dünyaca məşhur amerikalı alim Noam Çomski Ərdoğanın bir çox yoldan İŞİD-i dəstəklədiyini deyib.
 
Maide.az xəbər verir ki, T24-dən İşıl Özə danışan məşhur akademik Noam Çomski Ərdoğanın onu hədəf almasına cavab verib.
 
Çomski, Türkiyənin bir tərəfdən İŞİD-i günahlandırdığını, digər tərəfdənsə İŞİD-dən çox da fərqi olmayan "Əl-Nusra"nı dəstəklədiyini deyib.
 
Çomski, İŞİD-ə "Ərdoğanın bir çox yoldan yardım etdiyini" də söyləyərək, "Ərdoğan, İraq və Suriyada İŞİD-ə qarşı vuruşan əsas qüvvə olan kürdlərə qarşı törətdiyi cinayətləri lənətləyən şəxsləri günahlandırır. Başqa bir şərhə ehtiyac varmı?", - deyə sual edib.
 
Qeyd edək ki, Ərdoğan dünən 8-ci Səfirlər Konfransında Türkiyənin cənub-şərqində küçəyə çıxma qadağaları və qarşıdurma mühiti nəticəsində baş verən hüquq pozuntularına dair imza kampaniyası keçirərək, "Bu cinayətə ortaq olmayacağıq" deyən Sülh Üçün Alimlər təşəbbüsü ilə bir araya gələn 1128 akademiki ağır tənqid etmişdi.

Google+ WhatsApp ok.ru